Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının növbəti sənət dərsi - yaradıcılıq ifa işi keçirilib. Kafedranın baş müəllimləri - Xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Zakir Əliyev “Zəminxarə”, “Şur”, “Mahur”, “Bayatı-Şiraz” təsnif və xalq mahnılarını ifa ediblər. İfaçıları kafedranın konsertmeysteri Emil Mirzəyev (tar), I kurs tələbələri Fərrux Haşımlı (kamança), Hüseyn Əsədov (nağara) və Zamin Qasımzadə (balaban) müşayiət edib.