Bakı Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, 12 iyun - 5 iyul tarixlərində Formula 1 yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların bağlanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarının fəaliyyəti müvəqqəti dayandırılır. Eyni zamanda “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqlar üçün Qobustan Milli tarixi-bədii qoruğu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu, “Yanardağ” və Qala tarix-etnoqrafiya qoruqlarına ekskursiyalar təşkil ediləcək.
   Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12) 498 12 44 və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.