Ramazan bayramı ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinin (Dubay Əmirliyi) “Flydubai” aviadaşıyıcısı Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq. Aviaşirkətin saytında yer alan məlumata görə, reyslər Dubaydan həftədə iki dəfə olmaqla iyunun 22-dən sentyabrın 17-dək həyata keçiriləcək. Dubay-Qəbələ istiqaməti üzrə “ekonom klass” biletin qiyməti 1250 dirhəmdən (təxminən 340 dollar), “biznes-klass” biletin qiyməti 4868 dirhəmdən (təxminən 1330 dollar) başlayır.
   Qeyd edək ki, Qəbələ “Flydubai” aviaşirkətinin Azərbaycanda ikinci marşrutudur.