İyunun 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Nəsimi-600” adlı beynəlxalq elmi konfrans keçiriləcək. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi konfrans böyük Azərbaycan şairinin vəfatının 600-cü ildönümünə həsr olunub.
   Beynəlxalq konfransda dünyanın ölməz sənətkarları sırasında yer tutan qüdrətli söz ustadı və mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) zəngin irsi araşdırılacaq, ədibin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs olunacaq.