İyunun 21-də Bakıda - İçərişəhərdə “Dünya Yoqa günü” çərçivəsində festival təşkil olunacaq. Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək festival çərçivəsində iyunun 24-də Sumqayıtda, 25-də isə Suraxanıda, “Atəşgah məbədi” qoruğunda müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
   Festival sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.