Uşaqlar arasında rəsm müsabiqəsi
   
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında “Mənim yay tətilim-2017” Respublika uşaq rəsm müsabiqəsi elan edilib. 
   Müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə təsvir etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə həyata keçirilir. 
   Müsabiqəyə 15 yaşa qədər uşaqlar ən çox 3 iş ilə qatıla bilərlər. İştirak etmək istəyənlər şəxsi məlumatı, təqdim olunacaq işlərin fotosunu sentyabr ayının 10-dək Xətai Sənət Mərkəzinə göndərə bilərlər.