F.R. Zeynalovun “Qədim türk yazılı abidələri” (Orta türk dövrü ) kitabı orta əsr türk abidələrinin müəyyən hissəsini əhatə edir. Kitabda Mahmud Kaşğarlının “Divani-lüğət-it türk”, Yusif Balasağunlunun “Qutadqu bilik”, Qütbün “ Xosrov və Şirin”, “Əttöhfət-üz-zəkiyyə fül - lüğət-it türkiyyə», «Dədə Qorqud» dastanları və «Dastani-Əhməd Hərami» əsərləri tarixi-filoloji aspektdə səciyyələndirilib. Eyni zamanda abidələrin yarandığı tarixi şərait şərh edilir. Onların leksik, fonetik və qrammatik səciyyəsi verilib. Azərbaycan dili ilə müqayisəsi aparılıb. Kitab oğuz, qıpçaq və karluq-uyğur qrupu dillərinin spesifik xüsusiyyətlərini əks etdirmək baxımından çox qiymətlidir. Kitabda hər bir dil qrupu üçün nümunə olaraq bir neçə abidənin tədqiqi də verilib.