Yazıçı Nüşabə Əsəd Məmmədlinin roman və hekayələrdən ibarət “Cavad xan” kitabı Ankarada nəşr olunub. Türk dilinə Aynur Kahraman tərəfindən çevrilən kitabda müəllifin “Cavad xan” romanı, “Yaşıl otlar cücərir” və “Özgə ömrü” hekayələri yer alıb.
   “Cavad xan” romanında görkəmli sərkərdə, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun (1748-1804) doğma yurdun istiqlaliyyəti uğrunda apardığı mübarizələrdən danışılır. Müasir mövzuda qələmə alınmış “Yaşıl otlar cücərir” və “Özgə ömrü” hekayələrində isə daha çox mənəvi-əxlaqi dəyərlər ön plana çəkilir.