Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssisləri müxtəlif əyləncə-istirahət parklarında, hərbi hissələrdə konsert və teatr proqramları təşkil edir. 
   Bərdə şəhər 1 saylı Uşaq incəsənət məktəbinin kollektivi park-bulvar kompleksində maraqlı konsert proqramı ilə çıxış edib. Yerli əhali və rayona gələn qonaqların, turistlərin də iştirak etdiyi tədbir şən və şux musiqi nömrələri ilə davam edib. Məktəbin rəqs sinfi şagirdlərinin ifaları da alqışlarla qarşılanıb.
   * * *
   Rayon Mədəniyyət mərkəzi və Uşaq musiqi məktəbi isə Tərtər şəhərindəki Sabir bağında geniş musiqili proqram hazırlayaraq tamaşaçılar qarşısında nümayiş etdirib. Konsert proqramında səsləndirilən şən mahnılar, rəqs musiqiləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.