AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanda hərbi uniforma tarixindən” monoqrafiyası çapa hazırlanır. Muzeyin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı hazırlanan monoqrafiyada qədim və orta əsrlərə aid hərbi geyimlərimiz, həmçinin XIX-XX əsrlərdə ordu uniformaları, hərbi rütbələr haqqında ətraflı məlumatlar verilir.
   Monoqrafiyada mövzu ilə bağlı müxtəlif fotoşəkillərə və arxiv materiallarına da geniş yer ayrılıb.