Qazax rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində şair Cavanşir Rüstəmin “Pəncərəmi döyür bahar” adlı kitabının təqdimat mərasimi keçirilib. 
   Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Şair Mübariz Rzazadə müəllimi Cavanşir Rüstəm haqqında xoş xatirələrini danışıb. Məktəblilər şairin şeirlərini söyləyib, sazda ifa ediblər.
   * * *
   Rayonun Alpout kənd kitabxana filialı isə açıq havada səyyar kitabxana xidməti təşkil edib. Əsasən gənc nəslin asudə vaxtını səmərəli keçirməsi məqsədilə təşkil olunmuş kitab sərgisində müxtəlif mövzularda 50 nüsxə kitab və jurnal nümayiş olunub.
   Kitabxana filialının müdiri Firəngiz Nəsibova nümayiş olunan nəşrlər barədə məlumat verib. Sakinlərin bir qismi kitabxanaya üzv yazılıb.