Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış kinoaktyor, Xalq artisti Fəxrəddin Manafovla görüş keçiriləcək.
   Azərbaycan kinosu gününə həsr edilmiş görüşdə milli kino sənayesinin bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək.
   Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.
   Qeyd edək ki, görüşdə hər kəs iştirak edə bilər.