Avqustun 19-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin zalında respublikanın Xalq artisti, tanınmış qarmon ifaçısı Ənvər Sadıqovun “Təəssürat” adlı solo-konserti olacaq.
   Tədbirin media tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosudur.
   İstedadlı qarmon ustası zəngin və repertuarlı konsert proqramında 19 musiqi parçası ifa edəcək. 
   Biletləri Bakıda və Qəbələdə “Qafqaz” hotellərindən almaq olar.