Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Finlandiyada keçiriləcək konfransda Azərbaycan teatrı haqqında məruzə edəcək.
   Elmi konfrans oktyabrın 2-dən 9-dək Finlandiyanın İmatra şəhərində reallaşacaq. “Dünya teatrı dünən, bu gün və sabah” adlanan konfransda müxtəlif ölkələrdən teatr mütəxəssisləri iştirak edəcəklər.