Cari ilin yanvar-iyun ayları ərzində Qobustan Milli tarix-bədii qoruğunu 48 min 219 turist ziyarət edib.
   Qoruqdan bildiriblər ki, ziyarət edənlərin 25 min 663-ü xarici ölkə vətəndaşıdır.
   Tarixi məkana gələnlər arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib.