Oktyabrın 21-də Rusiya Federasiyası Başqırdıstan Dövlət Opera və Balet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.
   Səhnə əsərinin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kimdir.
   Xatırladaq ki, “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) reallaşıb. Musiqisi, parlaq xoreoqrafiyası əsəri balet sənətinin daim arzulanan repertuar örnəklərindən birinə çevirib.