Bu günlərdə Bakıda Konqres Mərkəzində “41-ci Dünya Skaut Konfransı” keçirilib. 
   Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən tədbir iştirakçıları üçün informasiya masası təşkil olunub. 600-dən çox iştirakçıya Turizm İnformasiya Mərkəzinin əməkdaşları tərəfindən Bakı və ölkəmiz haqqında ümumi məlumat verilib. Qonaqlara həmçinin paytaxtın və bölgələrimizin turizm potensialını əks etdirən müxtəlif kataloqlar, bələdçi kitablar, broşürlər, turistik xəritələr paylanıb.