Sentyabrın 15-dən 17-dək və 26-dan 28-dək Varşava Böyük Teatrı və Milli Operasında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək. Sentyabrın 15-də və 17-də səhnə əsərində Odetta obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə ifa edəcək. O, sentyabrın 27-də isə Matilda rolunda çıxış edəcək.
   Moskvada doğulan Çinarə Əlizadə Natalya Nestereva Yeni Humanitar Universitetinin Rəqs Akademiyasında və Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alıb. A.Adanın “Jizel”, L.Minkusun “Bayaderka”, “Don Kixot”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”, S.Prokofyevin “Zoluşka”, D.Şostakoviçin “Qızıl əsr” və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb. 2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.