Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov və filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova tərəfindən “Hüseynqulu Sarabskinin şəxsi fondundan folklor mətnləri” adlı kitab nəşrə hazırlanır.
   Folklor İnstitutundan bildiriblər ki, tanınmış teatr xadimi, istedadlı rejissor və aktyor, pedaqoq Hüseynqulu Sarabskinin vaxtilə Bakıdan və ölkəmizin ayrı-ayrı bölgələrindən topladığı folklor nümunələri - tapmacalar, atalar sözləri, məsəllər, lətifələr, bayatılar və s. ilk dəfə olaraq bu nəşrdə öz əksini tapacaq. Kitabda həmçinin folklorumuzda mühüm yeri olan xalq oyunları, uşaq oyunlarının təsviri yer alacaq.