Sentyabrın 2-də İçərişəhərdə açıq səma altında gənc rəssamların əsərlərindən ibarət növbəti sərgisi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə baş tutacaq. 
   “Arts Council Azerbaijan” təşkilatından bildirilib ki, “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 10-dan çox əsəri ziyarətçilərin ixtiyarına veriləcək. Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Layihə insanların asudə vaxtlarının mənalı keçirilməsi məqsədilə hər həftənin şənbə və bazar günləri təşkil edilir.