Tanınmış cazmen, saksofon ifaçısı, Əməkdar artist Rain Sultanov noyabrın 29-30-da İsraildə, Aşdod Caz Festivalında konsert proqramı ilə çıxış edəcək. Bu barədə məlumat Rain Sultanovun internet səhifəsində yer alıb.
   Xatırladaq ki, Rain Sultanov bu il cazsevərlərə “Inspired by Nature” (“Təbiətdən ilhamlanaraq”) albomunu təqdim edib.