Ukraynanın “Spiritual Seasons” qrupu sentyabrın 28-də və 29-da Bakıda “Le Chateau” klubunda konsert proqramları ilə çıxış edəcək.
   Qrupun ifasında şimal xalqlarının mahnıları və orta əsrlər melodiyaları təqdim ediləcək.
   Kollektiv 1994-cü ildə yaradılıb. Qrupa Viktor Smirnov, Mixail Papuş, Anton Smirnov, Mariya Boquslavskaya, Yeqor Smirnov, Alla Kuşnır daxildir.
   Repertuarını daim yeniləyən qrup Avropanın, o cümlədən Skandinaviya, slavyan xalqlarının kompozisiyalarına müraciət edir, habelə xalq yaradıcılığı nümunələrini interpretasiyada təqdim edir. Qrup müxtəlif eksperimentlər edir, habelə Avropa folkloru və tarixi musiqi üslublarında yaratdığı öz mahnılarını ifa edir.