Quba rayon MKS-nin və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Cəza çəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət mərkəzinin akt zalında “Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində dəyirmi masa keçirilib.
   İctimai birliyin sədri Fəridə Əliyeva narkomaniya kimi insanın sağlamlığına ziyan olan pis vərdişlərdən hər kəsin uzaq olmasının vacibliyini qeyd edib. 
   Sosioloq Gülnar Nəzərova çıxış edərək narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vurmaqla bərabər, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, cinayətkarlığın artmasına səbəb olan amil olduğunu bildirib.
   MKS-nin direktoru Saməddin Nəsirov bu bəlanın dünyada geniş yayıldığını diqqətə çatdıraraq kitabxanalarda bu səpkidə tədbirlərin keçirilməsinin vacibliyindən söz açıb.