Sentyabrın 4, 7, 10 və 13 tarixlərində Vyana Dövlət Opera Teatrında Cüzeppe Verdinin “Trubadur” operası nümayiş etdiriləcək.
   Səhnə əsərində Manriko obrazını Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor), sentyabrın 7-də və 10-da isə Leonora obrazını onun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko (soprano) ifa edəcək.
   Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda beynəlxalq müsabiqənin Qran-pri mükafatına layiq görülüb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.