Sentyabrın 17-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində “Bakı Foto 2017” fotomüsabiqəsi iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək.
   Tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olacaqlar.
   Sərgidə beş nominasiya üzrə (“İçərişəhər: dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər”, “Bədii fotoşəkil”) qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək. Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş olunacaq.
   Müsabiqə çərçivəsində “100 Business Women of Azerbaijan” təşkilatının təsis etdiyi “Qadın fotoqraf” nominasiyasının qalibi də təqdim ediləcək.