Noyabrın 16-dan 18-dək VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçiriləcək. Foruma Azərbaycanın Əməkdar artisti, rəqqas Tahir Eynullayev də dəvət alıb. Tanınmış rəqqas ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib.