İngilis dilində ədəbiyyat üzrə ən nüfuzlu təltif sayılan “Buker” mükafatının (Booker Prize) təşkilat komitəsi sentyabrın 13-də 2017-ci il üçün mükafata iddialı olan altı müəllifin adını açıqlayıb.
   Mükafata iddiaçıların siyahısına Pol Oster (ABŞ, «4 3 2 1» əsəri), Emili Fridlund (ABŞ, «Canavarların tarixi»), Mohsin Həmid (Pakistan, «Qərbə çıxış»), Fiona Mozley (Böyük Britaniya, «Elmet»), Corc Sonders (ABŞ, “Linkoln Bardoda”) və Əli Smit (Böyük Britaniya, «Payız») daxil olublar.
   Qaliblərin adları 2017-ci il oktyabrın 17-də keçiriləcək mərasimdə elan olunacaq. Qalib 50 min funt-sterlinq, finalçıların hər biri isə 2,5 min funt-sterlinq məbləğində pul mükafatı alacaq. Mükafata iddialı olan yazıçıların kitabları “Buker” mükafatına uyğun olan xüsusi tərtibatda yenidən çap olunacaq.
   Qeyd edək ki, “Buker” mükafatı 1969-cu ildə təsis edilib. 2002-ci ildən sponsor qismində “Man Group” şirkəti çıxış edir və mükafatın tam adı “The Man Booker Prize” adlanır.
   2014-cü ilə kimi bu mükafata yalnız Böyük Britaniya, İrlandiya və Britaniya Birliyi ölkələrinin yazıçıları iddia edə bilərdi. İndi istənilən ölkədən ingilis dilində bədii əsər yazmış yazıçı bu mükafata namizədliyini irəli sürə bilər. 
   
   İlona