Sentyabrın 21-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində kamera musiqisi konserti olub.
   Konsertdə Əməkdar artist, violonçel ifaçısı Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə çıxış ediblər. Proqramda S.Raxmaninovun “Violonçel üçün sonata”, Ə.Bədəlbəylinin “Rəqs”, O.Zülfüqarovun “Muğamsayağı”, F.Bədəlbəylinin “Şuşa” və s. əsərləri səslənib.
   Tədbir iştirakçıları Azərbaycan bəstəkarlarının not yazıları sərgisi ilə də tanış olublar.