AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Vahid qeydiyyat sisteminin təşkili və Milli rəqəmsal yaddaş (MRY) layihəsinin tətbiqi ilə bağlı təlim keçirilib.
   Təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərlə bağlı əməkdaşları təlimatlandırmaq olub. Kataloqlaşdırma modullarında edilən yeniliklər, MRY-da iş sisteminin xüsusiyyətləri izah edilib.
   Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
   Qeyd edək ki, MEK-in Milli rəqəmsal yaddaş layihəsində əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini əks etdirən sənədlər yerləşdirilir. Vahid qeydiyyat sistemi MEK-in əməkdaşları tərəfindən hazırlanaraq ötən il istifadəyə verilib.