Heydər Əliyev Fondunun sifarişi ilə Bakı Media Mərkəzinin istehsalı olan “Bir günəş altında” sənədli filmi oktyabrın 13-də “Park Cinema” kinoteatrında nümayiş olunacaq. Film oktyabrın 12-dən 20-dək Bakıda keçiriləcək “Təsəvvür et” Avropa tolerantlıq festivalı çərçivəsində göstəriləcək. 
   “Bir günəş altında” filmi Azərbaycanda olan hər bir azsaylı xalqın dili, adət-ənənələri, yaşayışından bəhs edir. 2016-cı ildə təqdimatı olan film indiyə qədər bir neçə xarici ölkədə nümayiş olunub.