Salyan rayon Mədəniyyət mərkəzində rayonun mədəniyyət evləri və klub işçilərinin iştirakı ilə növbəti seminar keçirilib. Mərkəzin direktoru Lətif Zərbəliyev və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Salyan rayonu üzrə baş məsləhətçisi Günaydın Əhədova çıxış ediblər. 
   Rayon əhalisinə göstərilən mədəni-kütləvi tədbirlər müzakirə edilib, qrafik əsasında kino xidməti ilə bağlı müəssisə rəhbərlərinə tapşırıqlar verilib, fəaliyyəti zəif olan müəssisə rəhbərlərinə irad bildirilib.
   * * *
   Mədəniyyət mərkəzinin əməkdaşları Salyan rayonunda tanınmış xanəndə, muğam ifaçısı Qulu Əsgərovun (1928-1987) və mahir qarmon ifaçısı Aslan İlyasovun (1948-2013) məzarlarını ziyarət ediblər. Məzarın ətrafında abadlıq işləri görülüb, mərhum sənətkarların ruhuna dualar oxunub.