Bu ilin iyun-sentyabr ayları ərzində Qobustan Milli tarix-bədii qoruğunu 24 min 886 turist ziyarət edib. 
   Qoruqdan verilən məlumata görə, bu müddətdə ərazini ziyarət edənlərin 16 min 502 nəfəri xarici ölkə vətəndaşlarıdır. Onların arasında Rusiya, Almaniya, İngiltərə, Pakistan, İran və ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib.