Oktyabrın 11-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Nizami rayon MKS 2 və 5 saylı filiallarla birlikdə Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi ilə əlaqədar “Vaqif çeşməsi” adlı tədbir keçirib.
   Tədbirdə şairin həyat və yaradıcılığından söz açılıb. Şairin əsərlərindən ibarət “Vaqif çeşməsi” adlı ədəbi-kompozisiya təqdim olunub və eyniadlı sərgiyə baxış keçirilib.