Reims şəhərinin “Le Vergeur” muzeyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqraf Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgisi təşkil olunacaq.
   Noyabrın 25-dən gələn il fevralın 4-dək davam edəcək “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgidə onun 1896-1898-ci illərdə şəhərə səyahəti zamanı çəkdiyi fotoları nümayiş olunacaq. Sərgi ziyarətçilərə XIX əsrin sonlarında dünyada əsas neft sənayesi mərkəzlərindən biri olan Bakı şəhərini yaxından tanımağa imkan verəcək.