AMEA -nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri namizədi Ruslan Rəhimlinin “Azərbaycan-Rusiya münasibətlərində Şimali Qafqaz faktoru” kitabı nəşr olunub. Monoqrafiyada 1991-1997-ci illərdə Şimali Qafqazda yaranmış etnosiyasi vəziyyət, bu regionda ortaya çıxmış problemlərin tarixi kökləri barədə məlumat verir. O cümlədən, müstəqilliyin əldə edilməsindən sonra Azərbaycan-Rusiya münasibətlərinin xarakteri, SSRİ-nin iflasından sonra Şimali Qafqazda yaranan yeni etnosiyasi vəziyyətin mahiyyəti, əsas xüsusiyyətləri, müasir dövr Azərbaycan-Rusiya münasibətləri kontekstində Şimali Qafqazda yaranan problemlərin səbəbləri öyrənilir, yeni etnosiyasi reallıqlar araşdırılır.