Noyabrın 2-də Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.
   Dövlət başçısı oktyabrın 28-də Rauf Abdullayevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdı.