Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Bərdə rayon nümayəndəliyində seminar-müşavirə təşkil olunub. 
   Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin noyabrın 28-də Yevlax şəhərində mədəniyyət işçiləri ilə keçirdiyi müşavirədə səslənən tapşırıq və tövsiyələr diqqətə çatdırılıb. Regional idarənin rəisi İlyas Hacıyev qabaqcıl iş təcrübəsində informasiya texnologiyalarının imkanlarından istifadənin vacibliyini qeyd edib.
   Seminar-müşavirədə nazirlik tərəfindən hazırlanan Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı və regional mədəniyyət və turizm idarələrinin saytları haqqında da məlumat verilib. 
   Seminar-müşavirələr regional idarənin digər nümayəndəliklərində də keçirilib.