Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlərə başlanılıb.
   İdarə və Respublika Elmi-Pedaqoji Kitabxanasının əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdir.
   İştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat verilir, müzakirələr aparılır. Təlimlərin sonunda kitabxanaçıların yekun qiymətləndirilməsi həyata keçirilir. Həmçinin onların Respublika Elmi-Pedaqoji Kitabxanasına ekskursiyası təşkil edilir.
   Təlimlər çərçivəsində məktəb kitabxanalarına kitablar hədiyyə olunur.