Layihə çərçivəsində təlim keçirilib
   
   Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) sosial iş ixtisası üzrə təhsil alan tələbələr, magistr və doktorantlar üçün “Elm tədqiqatdan başlayır” layihəsi çərçivəsində təlim keçirilib.
   Təlimin keçirilməsində məqsəd elm sahəsində mövcud kadr potensialını, o cümlədən elmi tədqiqat problemləri ilə məşğul olan gənc mütəxəssislərin, eləcə də elmdə peşəkar idarəçilik funksiyalarını həyata keçirməyə qadir olan kadrların hazırlığını təmin etməklə, elmi potensialı ölkənin sosial-iqtisadi inkişafına yönəltməkdir.
   Təlim zamanı gənclərə xüsusi analiz proqramı olan SPSS proqramında bazanın yaradılması, məlumatların daxil edilməsi və təhlili ilə bağlı biliklər verilib, proqramdan istifadə bacarıqları öyrədilib.

   Fariz Hüseynov