Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlər nümayiş olunur.
   Yanvarın 15-də Badamdar qəsəbə Mədəniyyət evində rejissor İsmayıl Zeynalovun Milli Qəhrəman Salatın Əsgərova haqqında "23 dəqiqə" və rejissor Fariz Əhmədovun Milli Qəhrəman Mirəsgər Seyidova həsr edilmiş "Vətən əsgəri" adlı filmləri göstərilib
   Yanvarın 16-da Binəqədi Mərkəzi mədəniyyət evində rejissor İltifat Hacıxanoğlunun Milli Qəhrəmanlar Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyev haqqında “Laçın qartalı”, “Şərəfli ömrün manifesti”, Müşfiqabad qəsəbə Mədəniyyət evində rejissor Rəşad Qasımovun Milli Qəhrəmanlar Mübariz İbrahimov və Muxtar Qasımova həsr olunmuş “Mübarizlik zirvəsi” və “Vətən sevgisi” adlı filmlərinə baxış keçirilib.
   Gənc nəslin vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan filmlərin nümayişi yanvarın 17-də və 18-də də davam edib.