ABŞ-da “Google”nin e-mail-kitab satışı cəhdi müzakirələrə səbəb olarkən, bu mövzuda daha bir maraqlı xəbər diqqəti çəkir. Amazon.com saytının ilk dəfə 2007-ci ildə bazara çıxardığı “Amazon Kindle” adlı e-kitab göstəricisinə görə, ABŞ-da kitab satışının nisbətini dəyişdirdi. “Kindle”nin satışa təqdim edilməsindən bu yana ilk dəfə olaraq ənənəvi kitabdan fərqli üstünlüklə sayda e-kitab satın alındı. Təkcə bir gün ərzində sayt 9,5 milyondan çox e-kitab sifarişi alıb. Sayt əmindir ki, dünya tezliklə kitabın müasir formasından istifadə etməyə vərdiş edəcək.
   * * *
   Paul Austerin yeni romanı olan “Görünməyən” kitab şəklində nəşr olunduqdan sonra tənqidçilər tərəfindən ötən ilin ən yaxşı romanı adını qazanmaqla bərabər, hələ də ona yeni şöhrət dalğası yaratmaqdadır. Tənqidçilər bu dəfə əsəri yazıçının bütün əsərlərindən fərqli və orijinal adlandırıblar. Ardınca isə Auster Amerikanın ən görkəmli yaradıcı yazıçılarından biri kimi xüsusi siyahıya daxil edilib. Qeyd edək ki, sözügedən əsər reallıqla alt yaddaş, sənətkar və şəxsiyyət arasındakı naməlum sərhədlərdən bəhs edir.
   
   * * *
   Çinli yazıçı Xianhui Yanğın adlı “Çin əmək düşərgələrindən sağ qalanlar” romanı ingiliscəyə tərcümə edilib ABŞ-da nümayiş olunduqdan qısa bir müddət sonra ədəbiyyat aləminin marağına səbəb olub. Kitabdakı əhvalatlar 1957 və 1961-ci illər arasında təxminən 3 min siyasi dustağın saxlandığı Jiabian həbs düşərgəsində dəhşətlərə məruz qalanların həyatından bəhs edir. Yazıçı faktlarla yazdığı əsərini düz 3 ilə qələmə alıb.