Dahi hollandiyalı rəssam Vinsent Van Qoqun (1853-1890) yeni bir rəsm əsəri tapılıb. Rəssamın 1886-cı ildə çəkdiyi «Montmarte təpəsi» tablosu Van Vlissingen İncəsənət Fondunun kolleksiyasında saxlanılırdı. Əsərin orijinallığı Amsterdamda yerləşən Vinsent Van Qoq Muzeyinin genişmiqyaslı araşdırmaları nəticəsində sübut edilib.
   Bundan əlavə, bu araşdırmalar muzeydə saxlanılan "Montmarte təpəsi" adlı başqa bir oxşar tablonun müəllifliyini təsdiq etməyə imkan verdi.
   Tezliklə bu iki rəsm əsəri “İmpressionizm və onun hüdudlarından kənarda. Gözəl bir səyahət” sərgisi çərçivəsində Singer Laren Muzeyində təqdim ediləcək. 
   
   İlona