Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və AZƏRTAC-ın informasiya dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş “Şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilib.
   Müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, qan yaddaşımıza əbədi həkk olunmuş bu faciəni təsviri sənət dili ilə bir daha diqqətə çatdırmaqdır.
   Müsabiqəyə 15 yaşına qədər uşaqlar qatıla bilərlər. Hər iştirakçı ən çox 3 əsər təqdim edə bilər. Əl işlərini 2018-ci il fevralın 8-dək Xətai Sənət Mərkəzinə (AZ 1025. Bakı şəhəri, Xocalı pr. 62) təqdim etmək, yaxud mərkəzin e-mail (xsm2016mail.ru) və sosial şəbəkə ünvanlarına göndərmək olar.