İsrail estradasının ulduzu, saksafon ifaçısı Cey Seven martın 8-də ilk dəfə Bakıda, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində caz konsert proqramı ilə çıxış edəcək.
   Konsertdə Stiv Uander, Fausto Papetti, Co Dassen, Ceyms Xarmer, Ennio Morrikone, George Zamfir və Rəşid Behbudovun repertuarından əsərlər səsləndiriləcək.
   Cey Seven saksafonla yanaşı, gitara, fleyta və barabanda da ifa etməyi bacarır, artistizm məharəti, qeyri-adi səhnə davranışı ilə seçilir.