Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında rəssam Vüsal Rəhimin “Nurcan” adlı fərdi sərgisi açılıb.
   Rəssam bu dəfə diqqəti erkən məcburi nikah kimi problemli məsələyə yönəltməyə çalışan layihəni təqdim edib.
   Layihənin icrası erkən nikahlar mövzusuna qarşı həssaslığın artırılması istiqamətində sosial işləri dəstəkləməklə yanaşı, cəmiyyətə bu problemin aktuallığını və virtual müzakirə platformasının təşkilinin vacibliyini izah edir. Erkən nikahların başlıca səbəbləri müxtəlifdir və əsasən bunlara yoxsulluq, sosial təzyiqlər, adət-ənənələr və müdafiəsizlik daxildir. 
   Sərgi fevralın 8-dək davam edəcək.