Bu, həm romandır, həm muzey...
   
   İstanbullu zəngin ailənin övladı Kamal ilə uzaq və yoxsul qohumu Füsunun hekayəsini anladır bu roman. Sürətli, hərəkətli hadisələrin bir-birini əvəz etdiyi və insan ruhunun dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə, əlimizdən buraxa bilməyəcəyimiz və yenidən oxuyacağımız romandır “Məsumiyyət muzeyi”. Dünyada milyonlarla oxucunun sevgi və heyranlığını qazanan kitabları əlli səkkiz dilə çevrilən və hər yeni romanı böyük bir maraqla gözlənilən Pamuk oxucularına unudulmaz yuxular sayağı sarsıdıcı bir hekayət danışır. Bu, bir eşq romanıdır. Hələlik Azərbaycan oxucusunun bu romanla doğma dildə tanış ola bilmir. Lakin bizim də oxucular əsərin sehrindən xəbərdardır desək, yanılmarıq. Romana marağı nəzərə alıb, onun ən maraqlı məqamlarını oxuculara çatdırırıq.
   
   * * *
   Orxan Pamuk “Məsumiyyət muzeyi” romanını 2001-ci ildə - “Qar” romanını nəşr etdirdikdən qısa müddət sonra yazmağa başlayıb. Əsər üzərində bir il işlədikdən sonra yarımçıq saxlayıb “İstanbul” romanını yazır. 2003-cü ildə “İstanbul”u oxuculara təqdim edir və yenidən “Məsumiyyət muzeyi”ni yazmağa davam edir. Roman üzərində fasiləsiz 5 il işləyir.
   * * *
   Bu böyük eşq romanı bu sözlərlə başlayır:
   “Məsumiyyət muzeyi”ni oxuyarkən tək eşq haqqında deyil, evlilik, yoldaşlıq, cinsəllik, ehtiras, ailə və xoşbəxtlik haqqındakı bütün düşüncələrinizdən dərindən təsirlənəcək və kitabın rəngarəng dünyasından ayrılmaq istəməyəcəksiniz».
   * * *
   “Məsumiyyət muzeyi” bir sevgi romanıdr. Necə ki, “Qar” əsəri siyasətə, “Mənim adım Qırmızı” rəsmə və sənətə həsr edildiyi kimi, bu roman da mövzusunu eşqdən götürür. Amma bütün romanları kimi, bu əsərində də Pamuk insan həyatının hər bir sahəsinə, gündəlik həyatın incəliklərinə və sənət, təklik, xoşbəxtlik, qəzetl və televiziya, ailə kimi - yazıçının sevdiyi bir çox məsələlərə toxunur.
   * * *
    “Məsumiyyət muzeyi” sadəcə bir roman deyil. Pamukun illərdir qurmağa çalışdığı bir muzeyin də adı belədir. Bu muzeydə yazıçının aşiq qəhrəmanı olan Kamalın sevgilisi Füsunun toxunduğu əşyaların kolleksiyası sərgilənəcək. Bu muzeyin qurulması məsələlərinə romanın özündə aydınlıq gətirilir. Bu romanı yazarkən o, dünyanın bir çox muzeylərində gündəlik həyat əşyalarının necə sərgiləndiyini dərindən araşdırıb.
   * * *
    Yazıçı roman üzərində çalışdığı 7 ildə - Nobel mükafatı qarışıq, 9 beynəlxalq ədəbi mükafata sahib olub. Bu yeddi ildə yazıçı, Türkiyədə Boğaziçi, Hollandiyada Tilburq, Almaniyada Berlin Frei, Amerikada Georgetovn, İspaniyada Madrid, Livanda Beyrut Amerika universitetləri tərəfindn fəxri doktor adına layiq görülüb. Bütün bu mükafatları almaq üçün çıxdığı səfərlər zamanı Pamuk hər bir yerdə - təyyarədə, hotel otaqlarında fasilə vermədən “Məsumiyyət muzeyi” üzərində işini davam etdirib.
   * * *
    “Məsumiyyət muzeyi” 592 səhifə, 140366 sözdən ibarətdir. “Cövdət Bəy və oğulları” romanından sonra bu əsər yazıçının ən uzun romanı sayılır. “Cövdət Bəy və oğulları”, “Qara kitab” əsərlərində olduğu kimi Pamukun doğulub böyüdüyü Nişantaşı bölgəsi bu romandakı hadisələrdə mərkəzi yerdədir.
   * * *
    Romanın bir çox səhnələri bir «Şevrolet» markalı 56 model maşında cərəyan edir..
   * * *
    Pamukun digər əsərlərindən tanıdığımız bəzi obrazlar bu romanda da təsvir olunur. Məsələn, “Qara kitab”dan tanıdığımız köşə yazarı Cəlal Salik, “Cövdət bəy və oğulları”dan əsas obrazlar, o cümlədən Pamukun ailə üzvləri bu romanın iştirakçılarındandır.
    Romanın təqdimatı belədir:
   "Həyatımın ən xoşbəxt anıymış, bilmirdim"
    * * *
    Romanının əsas süjeti belədir. Fabrikant Basmacı ailəsinin yaxşı oxumuş 30 yaşındakı oğulları Kamal uzaq qohumları yoxsul İti ailəsinin 18 yaşındakı gözəl qızı Füsuna aşiq olur. Pamuk "kübar cəmiyyət" deyilən zümrəyə bu romanda dərin, detallı və əyləncəli bir baxışla baxır.
   * * *
    Romanda 1975-ci ildə «Hilton» hotelində qeyd edilən və bütün detallarıyla izah olunan 50 səhifəlik bir nişan səhnəsinin təsviri var.
   * * *
   Bu əsəri Pamukun sıx izdihamlı romanı adlandırmaq olar. Oxucu 83 hissədə 150-yə qədər obraz və xarakterlə dəfələrlə qarşılaşır.
   * * *
    “Məsumiyyət muzeyi” bir roman olmaqla bərabər, həm də yazıçının Çuxurçumada qurmaqda olduğu muzeyin adıdır. Bu muzeydə roman qəhrəmanı Kamalın və sevgilisi Füsunun toxunduğu əşyalar və romana bağlı bir şox şeylər nümayiş etdiriləcək.Yazıçı bu əşyaları toplamağa çoxdan başlayıb. Eksponatları xaricdə nümayiş etdirmək təklifinə isə yazıçı hələ də müsbət cavab verməyib.
   * * *
    Əsərdə eşq, əşyalara və insanlara bağlanma, kolleksiyaçılıq, muzeylər kimi mövzular, cinsəllik, bakirəlik haqqındakı ənənəvi baxışlar da mübahisə və müzakirə predmetinə çevrilir.
   * * *
    Pamukun romanları dünyada yeddi milyon nüsxədən çox satılıb və 58 dilə tərcümə edilib . “Məsumiyyət muzeyi” hələ yazılıb başa çatmadan 30 ölkədən tərcümə sifarişi edilib. İlk sifarişçi isə bir Almaniya nəşriyyatı olub.
   * * *
    Pamuk romanıyla bağlı iki məqalə yazıb. İlk məqalə romanın ədəbi, fərdi və fəlsəfi qaynaqları barədədir. Digər məqaləsini isə böyük eşq romanlarının mövzularına həsr edib. Romanını oxucuya aydınlaşdırmaqdan daha çox, onu necə qurduğunu, necə xəyal etdiyini və digər eşq romanlarından fərqinə toxunulan bu məqalələr də xüsusi marağa səbəb olub.
   
   Sabutay