Fevralın 6-da Muzey Mərkəzində rəssam Firəngiz Hüseynovanın “Qəlbin inciləri” adlı fərdi rəsm sərgisi açılacaq.
   Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
   Fevralın 11-dək davam edəcək sərgidə fırça ustasının müxtəlif janrlarda əsərləri nümayiş olunacaq.