Bakıda amerikalı rəssamın əsərləri sərgilənəcək
   
   Fevralın 22-də “Art Villa” qalereyasında amerikalı rəssam Ceykob Martinin “Fırça toxunuşları” adlı fərdi rəsm sərgisi açılacaq.
   Tədbir Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə reallaşacaq.
   “Arts Council Azerbaijan” təşkilatından verilən məlumata görə, sərgidə rəssamın Azərbaycanda yaşadığı müddətdə yaratdığı əsərlər nümayiş olunacaq.
   Qeyd edək ki, Ceykob Marti çoxsaylı beynəlxalq sərgilərdə, festivallarda iştirak edib.