Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rimski-Korsakovun “Şəhrizad” baleti təqdim olunub. Teatrdan bildirilib ki, anşlaqla keçən tamaşanı respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri izləyiblər.
   Baletdə əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova və Əməkdar artist Samir Səmədov canlandırıblar. Hər iki solist parlaq ifaları ilə tamaşaçıların gurultulu alqışlarını qazanıb. Tamaşa Xalq artisti, dirijor Yalçın Adıgözəlov tərəfindən idarə edilib.