Xaçmaz rayon Mədəniyyət mərkəzinin filialı olan Niyazabad Folklor evi Yel çərşənbəsini qeyd edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Novruzun - baharın müjdəçiləri olan dörd ilaxır çərşənbədən üçüncüsü olan Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar da var. Bu çərşənbəyə xalq arasında yelli-küləkli çərşənbə də deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Bu gündən sonra son çərşənbəyə hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir. 
   Daha sonra Niyazabad folklor kollektivinin ifasında müxtəlif rəqslər nümayiş etdirilib, Novruzun atributları olan Kosa və Keçəl müxtəlif səhnəciklərlə çıxış ediblər. Şən əhval-ruhiyyədə keçən tədbirdə həmçinin qədim adət-ənənələrimiz təbliğ olunub, sac üstündə yuxa yayılıb, buğda qovurulub.